Slovakiyalı futbolçu: "Azərbaycanla oyunda fərqlənməyə çalışacağam"

Slovakiyalı futbolçu: "Azərbaycanla oyunda fərqlənməyə çalışacağam" Bizim üçün ən əsası, yaxşı nəticə və növbəti görüşlərdə qələbə qazanaraq Avropa çempionatında iştirak etməkdir. Meydana kimin çıxacağına baş məşqçi qərar verəcək.
Futbol
12 Noyabr , 2019 13:07
Slovakiyalı futbolçu: Azərbaycanla oyunda fərqlənməyə çalışacağam

"Bizim üçün ən əsası, yaxşı nəticə və növbəti görüşlərdə qələbə qazanaraq Avropa çempionatında iştirak etməkdir. Meydana kimin çıxacağına baş məşqçi qərar verəcək".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Samuel Mraz AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçirəcəkləri oyunlarından öncə Slovakiya Futbol Assosiyasının rəsmi saytına geniş müsahibəsində deyib.

22 yaşlı hücumçu baş məşqçi Pavel Hapalın son görüşlərdə Robert Bojenikə şans verməsinə toxunub: "Onun oyununu "Jilina" və milli komandadan da izləyirəm. Yaxşı oğlan və çalışqan oyunçudur".

Danimarkanın "Bröndbü" klubunda çıxış edən oyunçu seçmə mərhələdə evdə Xorvatiyaya 0:4 hesabı ilə uduzduqları oyundan da danışıb. O, rəqibin iki oyunçusu Domaqoy Vida və Deyan Lovrenin zədəli olmasını üstünlük adlandırıb: "0:4 hesabı ilə uduzduğumuz matçı izlədim. Xorvatiyanın əla oyununa baxmayaraq, nəticə təhrif olunur. Futbol budur. Həmin oyunu unutmalıyıq. Bunu edə bilsək, uğur qazana biləcəyik".

Mraz "Xorvatiya və Azərbaycanla oyunda fərqlənə biləcəksinizmi" sualına belə cavab verib: "Əlbəttə bunun üçün çalışacağam. Amma ən başlıcası, bu oyunlarda özümüzü meydanda bir komanda olaraq təqdim etməyimizdir".

Qeyd edək ki, Slovakiya noyabrın 16-da Xorvatiyanın qonağı olacaq. Komanda 3 gün sonra Trnavadakı Anton Malatinski stadionunda Azərbaycan yığmasını qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi