“Samtredia”nın futbolçusu 0:5 hesablı məğlubiyyətə görə hakimləri günahlandırıb

“Samtredia”nın futbolçusu 0:5 hesablı məğlubiyyətə görə hakimləri günahlandırıb “Referi qapımıza absurd cərimə zərbələri verdi və mənasız qərarları ilə oyunu məhv etdi”
Futbol
12 İyul , 2017 15:55
“Samtredia”nın futbolçusu 0:5 hesablı məğlubiyyətə görə hakimləri günahlandırıb

Bakı. 12 iyul. REPORT.AZ/ “Matçın referisi ilk 10 dəqiqə ərzində 3 futbolçumuza sarı vərəqə göstərdi. Bu, çox şeydən xəbər verir. Qapımıza absurd cərimə zərbələri verdi və mənasız qərarları ilə oyunu məhv etdi”.

“Report”un məlumatına görə, bunu Gürcüstanın “Samtredia” komandasının futbolçusu Giorgi Mçedlişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a 0:5 hesablı məğlubiyyəti “Adjara Sport”a şərh edərkən deyib.

25 yaşlı sağ cinah müdafiəçisi bildirib ki, görüşün türkiyəli baş hakimi Mete Kalkavan rəqib oyunçuya toxunub-toxunmamaqdan asılı olmayaraq Gürcüstan təmsilçisinin əleyhinə qayda pozuntuları qeydə alıb: “Əlbəttə, “Qarabağ” yaxşı komandadır. Lakin bizim də oyunumuz alınmadı. Həm də hakimin matçı necə pis idarə etdiyini hamı gördü”.

Qeyd edək ki, "Qarabağ"ın 5:0 hesabı ilə qalib gəldiyi görüşdə baş hakimi "Samtredia"nın qapısına iki penalti təyin edib. Bu kollektivlər arasındakı cavab görüşü iyulun 18-də Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi