Bakı. 26 yanvar. REPORT.AZ/ İtaliyanın "Sampdoriya" klubunun prezidenti Massimo Ferrero "A" Seriyasının XX turunda "Palermo"ya qarşı keçirilən oyundan sonra hücumçu Samüel Eto'Onu azarkeşlərə təqdim edib.
"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, "Everton"un 33 yaşlı keçmiş kamerunlu futbolçusu dünən həkim müayinəsindən keçib.
O, cari mövsümdə "Everton"un heyətində 20 oyun keçirib və cəmi 4 dəfə fərqlənməyi bacarıb.