Samir Əliyev: "Turnirin favoritinə qarşı layiqli mübarizə apardıq"

Samir Əliyev: "Turnirin favoritinə qarşı layiqli mübarizə apardıq" "Bizi hər cəhətdən üstələyən rəqib idi. Yığmaya bu cür oyunlar lazımdır. Buradakı uşaqların əksəriyyəti gələcəkdə U-21-in üzvləri olacaq. Bu cür matçlarda təcrübə toplamalıyıq. Fikrimcə, turnirin favoritinə, ev sahibi komandaya qarşı layiqli mübarizə apar
Futbol
14 Avqust , 2022 20:35
Samir Əliyev: Turnirin favoritinə qarşı layiqli mübarizə apardıq

"Bizi hər cəhətdən üstələyən rəqib idi. Yığmaya bu cür oyunlar lazımdır. Buradakı uşaqların əksəriyyəti gələcəkdə U-21-in üzvləri olacaq. Bu cür matçlarda təcrübə toplamalıyıq. Fikrimcə, turnirin favoritinə, ev sahibi komandaya qarşı layiqli mübarizə apardıq".

Bunu "Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev V İslam Həmrəyliyi Oyunlarında yerli ölkənin yığmasına 0:1 hesabı ilə uduzduqları yarımfinal oyunundan sonra deyib.

43 yaşlı mütəxəssis bildirib ki, İslamiadaya əsas heyət üzvləri ilə gəlsəydilər, finala yüksələ bilərdilər: "1-2 futbolçunu çıxmaq şərtilə, buraya gənc oyunçularla gəlmişik. Uyğun vaxt olsaydı, klublar futbolçuları buraxsaydı, daha güclü heyət gətirsəydik, çempionluğa oynamaq olardı. Bu futbolçularla Türkiyəyə qarşı layiqli mübarizə apardıqsa, niyə də olmasın"?

Onun sözlərinə görə, yarışa yollananda qrupdan çıxacaqlarını gözləmirdilər: "Ona görə də hər futbolçuya şans vermək istəyirdik ki, beynlxalq oyun keçirsin. Amma elə oldu ki, yarımfinala yüksəldik. Belədə daha çox oyun keçirmək şansımız yarandı. Udsaq da, uduzsaq da layiqli mübarizə apardıq. Komanda üzvlərinin hamısına təşəkkür etdim. Cəmi 1 nəfəri - "Qarabağ"ın əvəzedici heyətindən götürdüyümüz Şirxan Həsənzadəni oynatmamışam, ona da növbəti matçda şans verəcəyəm. Yəni, burada qarşımıza qrupdan çıxmaq məqsədi qoymamışdıq. Türkiyə kimi rəqiblə oynamaq hər dəfə ələ düşən fürsət deyil".

Əliyev ötən oyunla müqayisədə köklü dəyişiklik etməsinin səbəbini də açıqlayıb: "Premyer Liqa klublarımız daha sonra 3 gündən bir oyun keçirməmək üçün öz matçlarını təxirə salmaq istəmədilər. Onlar buna hazr deyillərsə, biz necə hazır olaq? Futbolçularda yorğunluq olduğundan əvvəlki matçla müqayisədə 8 dəyişiklik etmişdik. 6 günə 3 oyun keçirmişik. Bugünkü heyətdən kimlərin Premyer Liqa təcrübəsi var? Yalnız Cəlal Hüseynovla İsmayıl İbrahimlinin. Qalanları I Divizionda oynayırlar. O səviyyədə deyilik ki, qısa zamanda yüksək tepmdə oyunlar keçirək. Nəzərə alaq ki, rəqib Türkiyə idi. Mənim üçün nəticə önəmli deyildi".

Son xəbərlər

Orphus sistemi