Samir Əliyev: "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq"

Samir Əliyev: "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq" "İndidən gələcək üçün planlar qururuq"
Futbol
15 Aprel , 2018 20:36
Samir Əliyev: Səbailin növbəti mövsümdə hədəfləri daha böyük olacaq

Qəbələ. 15 aprel. REPORT.AZ/ "Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ" ilə səfərdə 1:1 hesablı bərabərlikdən sonra fikirlərini bölüşüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, 39 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- İki fərqli hissə oldu. İlk hissədə daha yaxşı oynadıq. Rəqib ikinci hissədə sistemi dəyişdi. Bu da başadüşüləndir. Bilirdik ki, rəqibin qələbəyə ehtiyacı var. Ən azından uduzmamağa çalışırdıq. Düzdür, hesabda öndə olduq. Ancaq bundan sonra qol imkanlarımızdan istifadə edə bilmədik. Son 30 dəqiqədə rəqib güclü təzyiq etdi və sonda qol vurdu. Bu 1 xal da bizim üçün yaxşı nəticədir.

Mövsümün ikinci yarısında "Qəbələ"yə uduzmadınız. "Qarabağ" kimi güclülərə qarşı inamlı təsir bağışladınız. Mübariz komanda formalaşdırmısınız. Gələcəklə bağlı hədəfiniz nədir?

- Bu yaxında rəhbərliklə görüşümüz oldu. Gələcək planlarla bağlı söhbətləşdik. Düzdür, hələ 5 tur var. Ancaq indidən gələcək üçün planlar qururuq. "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq.

Bu 1 xalı (Samir Əliyevin aprelin 14-də 39 yaşı tamam olub – red.) ad günü hədiyyəsi sayırsınız?

- Oyundan əvvəl elə bir söhbətimiz olmamışdı. Əlbəttə, qələbə daha yaxşı olardı. Ancaq bizim üçün hər bir xal vacibdir. Qalan 5 oyundan 4-nü evdə, sintetik qazonda oynayacağıq.

Qapıda gözlənilmədən Elxan Əhmədova şans verdiniz. Ehtiyatda qalan təcrübəsiz qapıçının yaxşı oyunu onu gələn matçlarda da qapıya qoymaqla bağlı sizdə fikir formalaşdırdımı?

- Elxanı komandaya götürəndə potensialını bilirdik. Sadəcə, əsas heyətə qoymaqla bağlı tərəddüd edirdik. Əhmədov sübut etdi ki, əsas qapıçımız Emil Balayevdən geri qalmır. Gələcəkdə hər ikisinə şans verməyi düşünürük.

Son xəbərlər

Orphus sistemi