Samir Əliyev: "Qarabağ"la "Səbail"i müqayisə etmək düz deyil"

Samir Əliyev: "Qarabağ"la "Səbail"i müqayisə etmək düz deyil" "Səbail"in baş məşqçisi rəqibin üstünlüyündən danışıb
Futbol
27 Oktyabr , 2017 21:52
Samir Əliyev: Qarabağla Səbaili müqayisə etmək düz deyil

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Qarabağ"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İlk hissədə daha yaxşı oynadıq. Dirəyə dəyən topumuz oldu. Ən azı bir xal qazanacağımıza ümid edirdik. Lakin təssüf ki, alınmadı".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyət haqda danışarkən söyləyib.

38 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" səviyyə baxımından üstün olduğu üçün qalib gəlib: "Azlıqda qalsalar da, rəqib bizdən üstündür. Düzdür, elə də çox imkanları olmadı. Lakin istədiklərini edirdilər. Ustalıq amilini qeyd edərdim.

Rəqib hücumların çoxunu sol cinahdan qurur. Ansi Aqolli çıxdıqdan sonra Riçard Almeyda oradan oynadı. Qol sol cinahdan vurulmasa da, oranı bağlaya bilmədik.

Konfransa gec gəlməyim bəzi futbolçulara iradımı bildirməklə bağlı idi. Səhvlərini söylədim".

S. Əliyev "Səbail"n qorxaq futbol oynaması ilə razılaşmadığını deyib: "Rəqib bizə imkan vermədi. Bu gün "Qarabağ"la "Səbail"i müqayisə etmək düz deyil. Komanda oyundan oyuna irəliləyəcək".

Son xəbərlər

Orphus sistemi