Samir Əliyev: "İslamiada bizim üçün böyük təcrübə oldu"

Samir Əliyev: "İslamiada bizim üçün böyük təcrübə oldu" "Bilirsiniz ki, klublarımız həm Çempionlar Liqası, həm də Avropa Liqasında oynadığı üçün buraya istədiyimiz heyəti gətirə bilmədik. Üstəlik, Premyer Liqa başlayırdı. Ona görə daha gənc heyətlə gəldik".
Futbol
16 Avqust , 2022 17:42
Samir Əliyev: İslamiada bizim üçün böyük təcrübə oldu

"Bilirsiniz ki, klublarımız həm Çempionlar Liqası, həm də Avropa Liqasında oynadığı üçün buraya istədiyimiz heyəti gətirə bilmədik. Üstəlik, Premyer Liqa başlayırdı. Ona görə daha gənc heyətlə gəldik".

"Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev V İslam Həmrəyliyi Oyunlarında Əlcəzair millisinə penaltilər seriyasında qalib gələrək, bürünc medal qazandıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

43 yaşlı mütəxəssis əvvəlcə qrupdan çıxacaqlarını gözləmədiklərini bildirib: "Amma uşaqlar əllərindən gələni etdilər. Yarımfinala adladıq. Artıq iştah yarandə ki, finalda oynayaq. Təəssüf ki, alınmadı. 3-cü yer uğrunda gərgin mübarizə getdi. Penaltilər seriyasında qələbə qazanıb, 3-cü yeri tutduq".

Əliyevin sözlərinə görə, oyunun gedişatı əsas vaxtın qolsuz başa çatacağını göstərirdi: "Sona 2-3 dəqiqə qalmış 11 metrlik cərimə zərbələrini kimlərin vuracağını müəyyənləşdirirdik".

Baş məşqçi "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimlinin bugünkü qarşılaşmada meydana çıxmamasının səbəbini açıqlayıb: "Təəssüflər olsun ki, matça 2-3 saat qalmış özünü narahat hiss etdi. Bu səbəbdən riskə getmədik. Onun əvəzinə meydana çıxan futbolçu meydanda əlindən gələni etdi".

O, İslamiadanın elə də prestijli yarış olmaması ilə bağlı fikirlərlə razılaşmadığını söyləyib: "Ola bilər, digər idman növlərində belə deyil. Amma futbolda hamısı güclü rəqiblər idi. Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair buraya güclü heyətlə gəlmişdi. Bizdəki oyunçuların əksəriyyəti isə növbəti seçmə mərhələdə U-21-i təmsil edəcək. İslamiada bizim üçün böyük təcrübə oldu. 4 oyunun gələcəkdə nəticə qazanmaq baxımından yığmaya xeyiri dəyəcək".

Son xəbərlər

Orphus sistemi