Samir Abasov: "Qarabağ"ı məğlub edə bilərdik"

Samir Abasov: "Qarabağ"ı məğlub edə bilərdik" Bir neçə tur idi ki, uduzmurduq. Bu oyuna yaxşı motivasiyada çıxmışdıq. Üç xal qazanmaq istəyirdik. Səhvlərimiz isə həlledici oldu. Medallar üçün oynayan komanda belə səhvləri etməməlidir.
Futbol
23 Sentyabr , 2019 21:22
Samir Abasov: Qarabağı məğlub edə bilərdik

"Bir neçə tur idi ki, uduzmurduq. Bu oyuna yaxşı motivasiyada çıxmışdıq. Üç xal qazanmaq istəyirdik. Səhvlərimiz isə həlledici oldu. Medallar üçün oynayan komanda belə səhvləri etməməlidir".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın V turunda "Qarabağ"a məğlub olduqları (1:3) oyundan sonra mətbuat konfransında deyib.

"İkinci qolda da bəxtimiz gətirmədi. Müdafiə ilə bağlı səhvlərin üzərində işləməliyik. Oyunumuzu daha da təkmilləşdirəcəyik", - qeyə qırx bir yaşlı mütəxəssis bildirib.

Məşqçi bir neçə zədəli oyunçularının olduğunu vurğulayıb. S.Abasov deyib ki, "Qarabağ"ı məğlub edə bilərdilər: "Rəqibi məğlub edə bilərdik. Onlar ikinci hissədə top itirməyə başladı. Son beş günikinci oyuna çıxmışdılar. Buraxdığımız qollar planlarımızı pozdu".

Son xəbərlər

Orphus sistemi