Samir Abasov: "Çətin durumdan çıxmağa çalışırıq"

Samir Abasov: "Çətin durumdan çıxmağa çalışırıq" "Çətin səfər oyununa gəlmişdik. İki yaxşı komanda qarşılaşdı. Sadəcə, biri yüksəlişdə, digəri problemi olan kollektivdir, Bu gün qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə getmək istəyiridk. Oyun çox xoşuma gəldi. Futbolçular qələbə qazana bilmədi
Futbol
15 Dekabr , 2021 18:21
Samir Abasov: Çətin durumdan çıxmağa çalışırıq

"Çətin səfər oyununa gəlmişdik. İki yaxşı komanda qarşılaşdı. Sadəcə, biri yüksəlişdə, digəri problemi olan kollektivdir. Bu gün qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə getmək istəyirdik. Oyun çox xoşuma gəldi. Futbolçular qələbə qazana bilmədiyi üçün üzgündür. Onları təbrik edirəm. Bu, bizim üçün stimul olacaq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis komandanın kapitanı Emin Mahmudovun penaltini boşa verməsinə də toxunub: "Çox maraqlı hadisədir. Öz qapıçılarımız da artıq Eminin üslubunu bilirlər. Özünə də demişdik ki, artıq üslubunu dəyiş. Əslində dəyişmişdi. Bu gün niyə elə etdiyini başa düşmədim. Amma buna görə Eminə irad bildirmək düzgün deyil".

Abasov komandasının qış fasiləsinədək olan çıxışında narazı qaldığını söyləyib: "Qeyri-sabit çıxış etdik. Yeni futbolçularımız çoxdur. Onlar komandaya uyğunlaşmalıdır. Ötən mövsüm Sabir Buqrin Namik Ələskərovla çox yaxşı anlaşırdı. Bu gün Tiaqo Bezzeranı Ələskərovla eyni tərəziyə qoymaq mümkün deyil. Braziliyalı hücumçu çox yaxşıdır. Amma adaptasiya tam olmadığından çətinliklər üzə çıxır. Vəziyyəti anlayıram. Çətin durumdan çıxmağa çalışırıq".

Baş məşqçi "Qəbələ" ilə görüşün komandası üçün vacib olduğunu vurğulayıb: "Matça ciddi hazırlaşmışdıq. Bezzeranı dəyişməyimiz epizodları dəyərləndirə bilməməsi ilə bağlı deyildi. Bəlkə Ələskərov bu fürsətlərin hər üçünü qola çevirərdi. Amma Bezzera meydanda çox yaxşı işlər görür. Təəssüf ki, yaşı çoxdur".

Abasov qapıçı Kamran İbrahimovun çıxışını da dəyərləndirib: "Bu, bizim tanıdığımız Kamran deyil. Bütün epizodlarda təcrübəsiz olması sezilirdi. "Keşlə" ilə matçda buraxılan qolu da qeyd etməliyəm. Demirəm, ona görə uduzduq. Bizim işimiz şans vermək, onun arxasında durmaqdır. Əgər bu şansdan istifadə edəcəksə, qapıda dayanacaq. Elə oyunçu var ki, məşqdə yaxşı təsir bağışlayır, matçda isə təşvişə düşür. Bu gün ciddi təzyiqlə üzləşməsə də, təcrübəsizliyi nəzərə çarpırdı".

Təcrübəli mütəxəssis transfer məsələlərindən də söz açıb: "Mamadu Kane ilə bağlı "Olimpiakos"dan xəbər gözləyirik. Hazırda yerlilərin üzərində durmuşuq. Hər bir yola əl atmağa çalışırıq. İstədiyimiz yerli oyunçular var. Hər şey danışıqlardan asılıdır".

Son xəbərlər

Orphus sistemi