"Neftçi"nin baş məşqçisi: "Namik Ələskərova təkliflərin gəlməsi normaldır"

"Neftçi"nin baş məşqçisi: "Namik Ələskərova təkliflərin gəlməsi normaldır" "Namik Ələskərov Türkiyəyə getmişdi. Onun getməyinin səbəbi üzünə maska düzəltməsi ilə bağlı idi".
Futbol
11 Avqust , 2021 19:54
Neftçinin baş məşqçisi: Namik Ələskərova təkliflərin gəlməsi normaldır
Namik Ələskərov

"Namik Ələskərov Türkiyəyə getmişdi. Onun getməyinin səbəbi üzünə maska düzəltməsi ilə bağlı olub".

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçinin Bakıya qayıdandan sonra komanda ilə məşq etmədiyini bildirib: "O, fərdi məşqlərdən sonra komandaya qoşulmalı idi. Fiziki məşqçi Eduardo Karonun təlimatları əsasında məşq edir. Zədə səbəbindən buraya gəlməyib. Çempionat bitəndən sonra sıx qrafiklə əlaqədar onun istirahət etməsi qənaətinə gəlmişdik. Namikin transferi ilə bağlı çox söz-söhbətlər gəzir. Klubumuz ətraflı məlumat verəcək".

Abasov oyunçunun Türkiyənin "Buraspor" klubuna mümkün keçidi haqqında da danışıb: "Onun klubla iki illik müqaviləsi var idi. Müqavilədə hansı şərtlər yazılıbsa, bu, məndən əvvəl olan proseslərdir. Oyunçu və klub hər an müqaviləni dəyişə bilməz. Futbolçunun müqaviləsində xüsusi bənd və şərtlər var. Klubumuz bir neçə ay əvvəl ona yeni müqavilə də təklif edib. Namik isə fikirləşəcəyini demişdi. Bizim düşüncəmiz ancaq oyunlar və məşqlər idi. Namik Əsəlkərova təkliflərin gəlməsi normaldır. O, çempionatımızın bombardiri olub. Çempionatın startına az qalmış müqavilənin hansısa bəndindən istifadə etmək futbolçunun özünə aid olan məsələdir. Bu proseslər hamısı məndən əvvəl baş verib. Mənim dövrümdə Xəyal Nəcəfov komandaya cəlb edilib və 2 illik müqavilə imzalanıb. Müqavilədə hər dəqiqə dəyişilə biləcəyimiz şeylər yoxdur. Reallıq da odur ki, Namikin müqaviləsində elə bənd var ki, hansısa məbləğ qarşılığında klubdan ayrıla bilər. Bundan sonra söhbətlər necə davam edəcək? Klubumuz çox yaxın günlərdə məsələyə aydınlıq gətirəcək".

Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi