Samir Abasov: "Komanda daxilində çaxnaşma salmağa çalışırlar"

Samir Abasov: "Komanda daxilində çaxnaşma salmağa çalışırlar" "Ənənəyə çevrilən çətin səfər oyununda qələbə qazandıq. Qələbə seriyasını davam etdirdik. Rəqib qırmızı vərəqə alsa da, oyuna nəzarət bizdə idi. Kubokdakı məğlubiyyətdən sonra bu basqının altından çıxmaq da asan deyildi. Gənc futbolçularımız təbrik edirəm
Futbol
4 May , 2022 22:04
Samir Abasov: Komanda daxilində çaxnaşma salmağa çalışırlar

"Ənənəyə çevrilən çətin səfər oyununda qələbə qazandıq və çempionatda seriyanı davam etdirdik. Rəqib qırmızı vərəqə alsa da, oyuna nəzarət bizdə idi. Kubokdakı məğlubiyyətdən sonra bu basqının altından çıxmaq asan deyildi. Gənc futbolçularımızı təbrik edirəm. Öz üzərlərində işləsinlər, biz də onlara dəstək olarıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, komandadan gözləntilər həddən artıq böyükdür: "Reallıqları dərk edən insanlar var. Ən yaxşısını etdiyimizi düşünürəm. Bu qədər gənc futbolçu oynadan olmamışdı. Çempionatda seriyanı uduzmadan davam etdirmək futbolçularımızın, xüsusən təcrübəlilərin böyük zəhmətinin nəticəsidir. Bugünkü reallıq belədir ki, çıxdığımız oyunlarda mübarizə aparmalıyıq. Sonuncu dəfə qol buraxdığımız oyun demək olar ki, olmayıb. Bunları edə biliriksə, o qədər də pis nailiyyət deyil".

Baş məşqçi mərkəz müdafiəçisi kimi oynayan Eddi İsrafilovun çıxışını dəyərləndirib: "Bizi qınayırlar ki, niyə dəqiqəbaşı dəyişikliklər edirsən? Bu gün bir neçə oyunçumuzun yoxluğunda da sistemi niyə dəyişdiyimizi deyən olacaq. İstər çölümüzdən, istərsə də içimizdən. Araşdırmadan "niyə filankəs oynamadı" sualları ortaya çıxır. Elə oyunlarımız olub ki, komanda daxilində çaxnaşma salmağa çalışırlar. Bu qədər itkilərimiz var. Mərkəz müdafiəçilərimiz yoxdur. Bu komandanın içində olan bilər ki, kim hansı mövqedə oynaya bilər. Hətta 1-2 oyun Ömər Buludovu da mərkəzdə oynatmışıq. Eddinin oyunu çox xoşuma gəldi. Bilmirəm, bəlkə Mamadu Mbodju göndərib, onu saxlayaq (gülür)"?

Abasov fransalı futbolçu Romen Baskın komandadan ayrılmasına da münasibət bildirib: "Onun müsahibəsini oxudum, çox məyus oldum. Baska çox yaxşılıq etdik. Qalsaydı, ardıcıl oyunlara çıxacaqdı, çünki Mamadu Kane getmişdi. Sadəcə, əvvəlki klubundan kapitan kimi gəlmişdi. Tələsik qərar verdi. Bəlkə də, burada qalıb dözə bilərdi. Çox yaxşı transferlərimizdən biri idi. Bundan sonra zəng edib-etməyəcəyimiz sonrakı söhbətdir. Amma mən onun komandamızda olmasını istərdim".

O, yeni müqavilə barədə rəhbərliklə söhbətinin olmadığını qeyd edib: "Mənimlə müqavilə uzadılmadığı üçün kiməsə heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, komanda çoxdan çempion olmurdu, mən etdim. Sözləşməni uzadarlar, qalıb işləyərik".

Son xəbərlər

Orphus sistemi