Samir Abasov: "Bu gün məğlub olsaydıq, nələr ola bilərdi..."

Samir Abasov: "Bu gün məğlub olsaydıq, nələr ola bilərdi..." "Bir az qorxu, həyəcan vardı"
Futbol
10 Mart , 2018 21:42
Samir Abasov: Bu gün məğlub olsaydıq, nələr ola bilərdi...

Bakı. 10 mart. REPORT.AZ/ "Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Sevinirik ki, bu gün 3 xal əldə etdik".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, bugünkü oyunda məğlubiyyət ağır qəbul ediləcəkdi:

"Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi... Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən, komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldır ki, çox yaxşı oynadıq. Məşqlərdə etdiklərimizin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq"

Abasov "Sumqayıt"a yeni təyin olunan prezident Riad Rəfiyev haqda da düşüncələrini bölüşüb:

"Bu təyinat dünən baş verdi. Yeni prezidentimizlə oyundan öncə görüşümüz oldu. Bizə uğurlar arzuladı. Onun adını eşitmişdim, ancaq şəxsi tanışlığım yox idi. Bir dəfə görüşümüz olmuşdu, o da PRO kateqoriyası ilə bağlı tədbirdə. Bundan sonra yaxından tanış olacaq, birgə uğurlar qazanacağıq. Vaxt keçdikdə daha da yaxşı tanıyandan sonra fikir söyləyə bilərəm. Əvvəlcə yeni prezidentimizin fikirləri ilə tanış olarıq, sonra mən danışaram".

Son xəbərlər

Orphus sistemi