Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib

Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.
Futbol
9 noyabr 2021 07:09
Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib
Samet Aybaba

Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.

"Report"un məlumatına görə, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.

O, hazırda danışıqların aparıldığını söyləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.

Son xəbərlər

Orphus sistemi