"Şamaxı"nın baş məşqçisi: "Gənc futbolçularımız təşvişə düşmüşdülər"
Futbol
- 09 dekabr, 2024
- 17:45
Gənc futbolçularımız təşvişə düşmüşdülər.
"Report" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız təşvişə düşmüşdülər. Amma oyunçularımın xarakter göstərdiyini deyə bilərəm. Müvəqqəti çətinlikdəyik. Tez bir zamanda düşdüyümüz vəziyyətdən çıxacağıq. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi".
Qeyd edək ki, XVI turun görüşündə "Şamaxı" səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə məğlub olub.
Son xəbərlər
13:59
Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım göndərib
Xarici siyasət13:53
Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə İlham Əliyevə təşəkkür edib
Digər13:51
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
Region13:50
Popşoi: Moldova "Black Sea Energy" layihəsinə qoşulma imkanlarını öyrənir
Energetika13:50
Məcnun Məmmədov: "Süni intellekt kənd təsərrüfatında mövcud boşluqları dolduracaq"
ASK13:47
İsrailin Livan ərazisinə son zərbələri nəticəsində ölənlərin sayı 19-a yüksəlib - YENİLƏNİB
Digər ölkələr13:40
Qırmızı Bazar sakini: Yurd həsrətinin ağrı-acısı artıq keçmişdə qaldı
Daxili siyasət13:38
Bəhreyn hökuməti aviaşirkətin təyyarələrini alternativ hava limanlarına yönləndirib
Digər ölkələr13:35