UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin IV turunun oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
27 yaşlı qolkiper son olaraq Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 "seyv"lə yadda qalıb.
O, hazırda 21 qurtarışla ikinsi yerdə qərarlaşıb. San Marinodan Elia Benedettini 22 "seyv"lə liderdir.
Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.