DÇ-2022: Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox "seyv" edən qapıçıdır
Futbol
- 02 sentyabr, 2021
- 05:32
UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin IV turunun ilk oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçı ünvanına sahib çıxıb.
27 yaşlı qolkiper yığmanın Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 "seyv"lə yadda qalıb.
O, hazırda 21 qurtarışla siyahıya başçılıq edir.
Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.
Son xəbərlər
06:58
KİV: Bundestaq Bundesver üçün 50 milyard avroluq satınalma paketini təsdiqləyib
Digər ölkələr06:36
Tramp xalqa müraciət edib
Digər ölkələr06:13
ABŞ Sakit okeanda narkotik alverçilərinin gəmisinə zərbə endirib
Digər ölkələr05:59
KİV: ABŞ amerikalıların vətəndaşlıqdan çıxarılması təcrübəsini genişləndirmək istəyir
Digər ölkələr05:23
KİV: Britaniya şirkətləri Venesuelaya gedən tankerləri sığortalayır
Digər ölkələr05:05
Panama sahillərində 5,4 maqnitudada zəlzələ olub
Digər ölkələr04:31
Venesuela ABŞ ilə gərginlik fonunda BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr04:19
ABŞ Nümayəndələr Palatası Venesuelaya qarşı hərbi əməliyyatlarla bağlı qətnaməni rədd edib
Digər ölkələr03:39