Şahin Diniyev çempionatda baş məşqçi kimi 200-cü oyununa çıxıb

Şahin Diniyev çempionatda baş məşqçi kimi 200-cü oyununa çıxıb Baş məşqçi yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci mütəxəssisdir
Futbol
29 May , 2023 14:00
Şahin Diniyev çempionatda baş məşqçi kimi 200-cü oyununa çıxıb
Şahin Diniyev

Şahin Diniyev Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununa çıxıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hazırda "Səbail"in sükanı arxasında olan 57 yaşlı mütəxəssisin yubileyi "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXVI tur oyununa təsadüf edib.

Diniyev 2001/2002 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib.

Sonradan “Rəvan” və “Kəpəz”də işləyən baş məşqçi yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci mütəxəssisdir.

Onun rəhbərlik etdiyi komandalar bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.

Son xəbərlər

Orphus sistemi