Sahil Abdullayev: "Bu, vandalizm, soyqırımdır”

Sahil Abdullayev: "Bu, vandalizm, soyqırımdır” “Heç nə deyə bilmərəm, buradan ki, salamat çıxdıq elə bil ayın 11-də biz yenidən anadan olmuşuq. Ermənilərin atdığı raket dağıdıcı gücünə görə əvvəlki atılanlardan çox fərqlənir".
Futbol
15 Oktyabr , 2020 15:20
Sahil Abdullayev: Bu, vandalizm, soyqırımdır”

“Buradan ki, salamat çıxdıq, elə bil, oktyabrın 11-də biz yenidən anadan olmuşuq. Ermənilərin atdığı raket dağıdıcı gücünə görə əvvəlki atılanlardan çox fərqlənir".

"Report" xəbər verir ki, bu fikirləri "Kəpəz"in sabiq futbolçusu Sahil Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.

Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağıntılar altında qalan 51 yaşlı veteran oyunçu dünya ictimaiyyətinin hadisəni gördüyünü söyləyib: "Bu, vandalizmdir, soyqırımdır, başqa ad vermək olmaz”.

"Kəpəz"in digər sabiq üzvü Samir Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi zərər görüb. Baş verənlər 40 yaşlı veteran futbolçunun mübariz ruhunu sarsıtmayıb: “Gəncədəki hadisə dinc əhaliyə yönələn açıq-aydın terror aktıdır. Qorxmuruq, yenə də gördüyünüz kimi buradayıq. Heç yana getməmişik, Gəncədə oturmuşuq. Dövlətimizə, Ordumuza inanırıq. Onu da bilsinlər ki, Qarabağ bizimdir! Onların gücü yalnız dinc insanlara çata bilər”.

Qeyd edək ki, Sahil Abdullayev "Kəpəz"dən başqa “Şəmkir”, “Dinamo” (Bakı), “Bakılı”, Samir Allahverdiyev isə “Şəfa”, MOİK və Gədəbəyin “Narzan” klublarının şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi