Sabiq "Qəbələ"li ən uğursuz baş məşqçilər sırasında - SİYAHI

Sabiq "Qəbələ"li ən uğursuz baş məşqçilər sırasında - SİYAHI Baş məşqçi kimi uğur qazana bilməyən dünyanın ən məşhur 10 veteran futbolçusunun adı açıqlanıb.
Futbol
1 May , 2020 19:44
Sabiq Qəbələli ən uğursuz baş məşqçilər sırasında - SİYAHI

Baş məşqçi kimi uğur qazana bilməyən dünyanın ən məşhur 10 veteran futbolçusunun adı açıqlanıb.

"Report"un "Sportskeeda.com" saytına istinadən məlumatına görə, siyahıda vaxtilə "Qəbələ"yə başçılıq etmiş İngiltərə futbolunun canlı əfsanələrindən Toni Adams da var.

2010/2011-ci illərdə "qırmızı-qaralar"ın sükanı arxasında olmuş 54 yaşlı mütəxəssis ən uğursuz baş məşqçilərin sıralamasında 3-cü pillədə göstərilib.

İlk sırada 1980-ci illərin məşhur ingilis futbolçusu Con Barns qərarlaşıb. İkinci pillədə isə "Mançester Yunayted"in əfsanəvi kapitanı Qari Nevill yer alıb.

Bu "3-lük"lə yanaşı, siyahıda dünya futbolunun ən parlaq nümayəndələrindən argentinalı Dieqo Maradona, ingiltərəli Bobbi Çarlton, Pol Qaskoyn və Alan Şirer, italiyalı Canfranko Zola və Çiro Ferrara, fransalı Tyerri Anri kimi mütəxəssislərin də adları var.

Son xəbərlər

Orphus sistemi