Sabiq futbolçusu "Arsenal"ı Çempionlar Liqasına vəsiqə qazanmağa hazır hesab etmir

Sabiq futbolçusu "Arsenal"ı Çempionlar Liqasına vəsiqə qazanmağa hazır hesab etmir Bakı. 5 sentyabr. REPORT.AZ/ Arsenal növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək istəyirsə, Avropa Liqasının qalibi olmalıdır.
Futbol
5 Sentyabr , 2018 10:53
Sabiq futbolçusu Arsenalı Çempionlar Liqasına vəsiqə qazanmağa hazır hesab etmir

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Arsenal" növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək istəyirsə, Avropa Liqasının qalibi olmalıdır".

"Report" xəbər verir ki, bunu İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Emanuel Peti "Metro" nəşrinə açıqlamasında deyib. 

Fransalı yarımmüdafiəçi komandanın mövsümün sonunda Premyer Liqada ilk "dördlük"də yer almasının çətin olduğunu bildirib: "Komandaya uzun müddət sonra yeni baş məşqçi təyin olunub və o, öz oyun tərzini kollektivə aşılamağa çalışır. Bunun üçün də Unay Emeriyə və yeni transfer olunmuş futbolçulara vaxt lazımdır. Düşünürəm ki, bu il "Arsenal" çempionatdakı əsas rəqiblərindən çox geri qalır və nəticələr də bunu sübut edir. Onların ilk "dördlük"də yer almaları çətin görünür. Ona görə də komanda növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək istəyirsə, Avropa Liqasını qazanmalıdır".

Komandanın zəif tərəflərinə də diqqət çəkən Peti bəzi oyunçuların "Arsenal" səviyyəsində olmadığını deyib: "Müdafiə xəttində ciddi problemlər var. Fikrimcə, komandaya daha güclü müdafiəçilər cəlb olunmalıdır. İki mövsümdür ki, kluba öz səviyyəsinə uyğun müdafiəçilər transfer edilmir. Bernd Lenonun transferi ilə qapıçı probleminin həll olunduğunu düşünmək olardı. Lakin hazırda "çərçivə"ni Petr Çex qoruyur. Çexiyalı qolkiper tez-tez səhvlərlə yadda qalır və əvvəlki performansından uzaq görünür. Hücumçular Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanq keçən mövsümdən birlikdə oynasalar da, aralarındakı anlaşma yüksək səviyyədə deyil. Ümid edirəm ki, komanda mövsümün ortalarına qədər öz oyununu tapacaq".

Qeyd edək ki, Emmanuel Peti 1997 - 2000-ci illərdə "topçular"ın heyətində çıxış edib. "Arsenal" klubunda 116 oyuna çıxan yarımmüdafiəçi 11 qol vurub. İngiltərə təmsilçisi Avropa Liqasında Portuqaliya "Sportinq"i və Ukrayna "Vorskla"sı ilə yanaşı, "Qarabağ"la da eyni qrupda yer alıb. Bu mövsüm Avroliqanın final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.  

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi