"​Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunu səbirsizliklə gözləyirik"

"​Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunu səbirsizliklə gözləyirik" Maksim Medvedev: "Əl-Şaravi ilə üçüncü dəfə qarşılaşacam və ona qarşı oynamaq çox çətindir"
Futbol
4 Noyabr , 2015 18:57
​Qarabağın müdafiəçisi: Sabahkı oyunu səbirsizliklə gözləyirik

Bakı. 4 noyabr. REPORT.AZ/ "Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, "Monako" kimi rəqiblə başabaş mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah qarşılaşacaqları "Monako" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 

Rəqibin heyətində Stefan əl-Şaravini fərqləndirən Medvedev ona qarşı oynamağın çətin olduğunu bildirib: "Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindir. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir". 

Qeyd edək ki, "Qarabağ" - "Monako" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi