"Sabah" yeni baş məşqçisini açıqlayıb
Futbol
- 05 mart, 2024
- 07:06
“Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.
Renduliç karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.
50 yaşlı xorvatiyalı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).
Son xəbərlər
21:34
Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İnfrastruktur21:34
"Sabah" avrokuboklarda 10-cu qələbəsini qazanıb
Futbol21:27
Valdas Dambrauskas: "Azərbaycan klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur"
Futbol21:21
Foto
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
Milli Məclis21:13
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır
Region20:56
"Sabah" tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib
Futbol20:55
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB-4
Futbol20:42
Foto
Dünya çempionatı: Gümüş medal qazanan İsfahan Həsənov mükafatlandırılıb
Fərdi20:42