"Sabah" yenə qələbəyə həsrət qaldı

"Sabah" yenə qələbəyə həsrət qaldı Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib
Futbol
8 Mart , 2021 17:55
Sabah yenə qələbəyə həsrət qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

"Report"un məlumatına görə, turun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb. 70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.

Beləliklə, "Sumqayıt" 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan "Sabah" 16 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 18:15-də "Neftçi" - "Keşlə", martın 9-da isə "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi