"Sabah" Xorvatiya klubundan futbolçu transfer edib - YENİLƏNİB

"Sabah" Xorvatiya klubundan futbolçu transfer edib - YENİLƏNİB Sabah klubu Mario Marina ilə müqavilə bağladıqlarına dair xəbəri təsdiqləyib.
Futbol
29 Dekabr , 2019 15:24
Sabah Xorvatiya klubundan futbolçu transfer edib - YENİLƏNİB

"Sabah" klubu Mario Marina ilə müqavilə bağladıqlarına dair xəbəri təsdiqləyib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı dayaq yarımmüdafiəçi 1,5 illik sözləşməyə imza atıb. 

Karyerası ərzində Xorvatiyanın "Dinara Knin", "Imotski", "Krka Lozovats", "Zaqora", "Şibenik", Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandalarında çıxış etmiş Marinanın son klubu "Qoritsa" (Xorvatiya) olub.


*** 12:43

"Sabah" klubu Xorvatiya "Qoritsa"sının futbolçusu Mario Marinanı transfer edib.

"Report"un məlumatına görə, bu barədə "Qoritsa"nın rəsmi saytı xəbər yayıb. Bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi 3,5 ildir çıxış etdiyi komandanı tərk edərək Azərbaycan klubuna keçir.

Bosniya və herseqovinalı oyunçu "Sabah"da xorvatiyalı baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi