"Sabah" "Sumqayıt"a da qalib gəldi

"Sabah" "Sumqayıt"a da qalib gəldi 2020/2021 mövsümünə Qəbələdə hazırlaşan "Sabah" və "Sumqayıt" klubları yoxlama oyunu keçiriblər.
Futbol
31 İyul , 2020 11:58
Sabah Sumqayıta da qalib gəldi

2020/2021 mövsümünə Qəbələdə hazırlaşan "Sabah" və "Sumqayıt" klubları yoxlama oyunu keçiriblər.

"Report"un məlumatına görə, dünən leysan yağışı səbəbindən yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.

Matçın taleyini 1 qol həll edib. Masazır təmsilçisinin yeni transferi Slavik Alxasovun 81-ci dəqiqədə vurduğu qol komandasına qələbə qazandırıb.

Qeyd edək ki, "Sabah" ispaniyalı yeni baş məşqçisi Visente Qomesin başçılığı altında Qəbələdəki ilk yoxlama matçında "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" isə bundan əvvəlki görüşdə "Neftçi"yə uduzub - 0:3.

Son xəbərlər

Orphus sistemi