"Sabah" "Səbail"lə heç-heçə etdi

"Sabah" "Səbail"lə heç-heçə etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib
Futbol
10 Aprel , 2021 19:57
Sabah Səbaillə heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ikinci matçında "Sabah" "Səbail"i qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşmada qol vurulmayıb. Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib.

90+2-ci dəqiqədə "Səbail"in futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+3-cü dəqiqədə "Səbail"in hücumçusu Rauf Əliyev rəqib müdafiəçisi Bəhlul Mustafazadə ilə toqquşub. Nəticədə hər iki oyunçu zədə alıb.

Qonşu pillələrdəki komandalar 20-ci xalını qazanıb və 6-7-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Neftçi" səfərdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura aprelin 11-də oynanılacaq "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi