"Sabah" - "Neftçi" oyununda qalmaqal baş verib

"Sabah" - "Neftçi" oyununda qalmaqal baş verib Sabah"ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu vurub
Futbol
12 Fevral , 2022 17:35
Sabah - Neftçi oyununda qalmaqal baş verib

Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" komandaları arasında keçirilən 1/4 final mərhələsinin cavab matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub.

Üstəlik, İsayev zərbədən yerə yıxılan İsrafilovun üzərinə yeriyərək, ona iradlar bildirib. Bundan sonra hər iki komandanın futbolçuları hadisə yerinə gəlib. Hazırda "Sabah"da çıxış edən "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voislav Stankoviçi itələyib.

Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.

"Neftçi"dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.

Qeyd edək ki, hazırda "Neftçi" 3:1 hesabı ilə öndədir. Komandalar arasındakı ilk görüş 1:1 hesabı ilə bitib.

Son xəbərlər

Orphus sistemi