"Sabah" milli komandamızın futbolçusunu transfer etdi

"Sabah" milli komandamızın futbolçusunu transfer etdi "Sabah"&heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
9 İyul , 2020 12:28
Sabah milli komandamızın futbolçusunu transfer etdi
Aleksey İsayev

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

Son xəbərlər

Orphus sistemi