"Sabah" legioneri ilə müqavilənin müddətini artırdı

"Sabah" legioneri ilə müqavilənin müddətini artırdı Paraqvaylı oyunçu ötən ilin fevralında "Sabah"a keçib
Futbol
31 May , 2021 14:18
Sabah legioneri ilə müqavilənin müddətini artırdı
Xulio Rodriqes

"Sabah" klubu futbolçusu Xulio Rodrigeslə müqavilənin müddətini uzadıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə bir illik yeni sözləşmə imzalanıb.

Paraqvaylı oyunçu ötən ilin fevralında "Sabah"a keçib. O, başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi