"Sabah" klubu yeni transferi ilə yollarını ayırıb

"Sabah" klubu yeni transferi ilə yollarını ayırıb Petar Şkuletiç gəlişindən 43 gün sonra komandadan göndərilib
Futbol
27 Oktyabr , 2021 14:49
Sabah klubu yeni transferi ilə yollarını ayırıb

“Sabah” klubu futbolçusu Petar Şkuletiçlə yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, serbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 31 yaşlı forvardın şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Ona xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Petar Şkuletiçlə sentyabrın 14-də 2 illik müqavilə bağlanılmışdı.

Son xəbərlər

Orphus sistemi