"Sabah" klubu ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
  • 10 iyul, 2022
  • 06:01
Sabah klubu ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.

26 yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.