"Sabah" klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 24 may, 2022
  • 11:38
Sabah klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 30 yaşlı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

Bosniya və Herseqovinadan olan oyunçu fevralda "Sabah"a keçib.

Qeyd edək ki, Boyan Letiç cari mövsüm 11 oyunda iştirak edib və 1 qola imza atıb.

44 filmi