"Sabah" klubu Antalya toplanışına qələbə ilə yekun vurub
Futbol
- 18 yanvar, 2023
- 15:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Serbiya "Voyvodina"sı ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:2.
Hesabı 3-cü dəqiqədə "Sabah"dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev "Voyvodina"nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.
Qeyd edək ki, "Sabah" Antalyadakı ilk sınaq matçında Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.
Son xəbərlər
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol