Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib
- 04 avqust, 2025
- 16:19
Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan" və "Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
"Report"un məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Bakı təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq. Naxçıvan kollektivi isə III təsnifat mərhələsində Bolqarıstanın "Omoniya" (Kipr) klubunu sıradan çıxarsa, Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də olacaq. "Sabah" ilk oyunu evdə, "Araz-Naxçıvan" isə səfərdə keçirəcək.