“Sabah”ın legioneri: “Təzə komandayıq, bəzi səhvlər ola bilər”

“Sabah”ın legioneri: “Təzə komandayıq, bəzi səhvlər ola bilər” Bakı. 30 sentyabr. REPORT.AZ/ “Baxımlı oyun oldu. “Qarabağ” çox gözəl komandadır. Kifayət qədər yaxşı ustalıq səviyyəsinə malik futbolçuları var. Bu matçda biz də döyüşdük. Komanda yoldaşlarıma və verilmiş taktiki tapşırıqlar üçün baş məşqçimizə təşəkkürümü bildirirəm”.
Futbol
30 Sentyabr , 2018 03:22
“Sabah”ın legioneri: “Təzə komandayıq, bəzi səhvlər ola bilər”

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Baxımlı oyun oldu. “Qarabağ” çox gözəl komandadır. Kifayət qədər yaxşı ustalıq səviyyəsinə malik futbolçuları var. Bu matçda biz də döyüşdük. Komanda yoldaşlarıma və verilmiş taktiki tapşırıqlar üçün baş məşqçimizə təşəkkürümü bildirirəm”.

“Report” xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Filip İvanoviç Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

26 yaşlı serbiyalı mərkəz müdafiəçisi bildirib ki, “Qarabağ”a uduzsalar da, növbəti turda “Neftçi” ilə görüşdə azı bir xal qazanmağa çalışacaqlar: “Həmin görüşə qələbə üçün çıxacağıq. Minimum bir xal əldə etmək üçün vuruşacağıq. Təzə komandayıq, bəzi səhvlər ola bilər. Oyundan-oyuna gücümüzü artırdığımızı və daha yaxşı ola biləcəyimizi düşünürəm. Növbəti görüşlərdə inkişafı görə biləcəksiniz”.

İvanoviçin sözlərinə görə, “Sabah”ın avrokuboklarda iştirak etmək imkanın olmaması motivasiyaya mənfi təsir etmir: “Avrokubok haqda düşünmürük. Hər növbəti matç haqda fikirləşirik. Bəli, son 2 oyunda qol vura bilmirik. Çünki Marko Deviç fərqlənməyib. Çox önəmli hücumçudur. Lakin digər futbolçular da ona həm kömək etməli, həm də özləri qol vurmalıdırlar.

“Sabah”da özümü çox yaxşı hiss edirəm. Komanda yoldaşlarım, klubda çalışanlar mənə kömək edirlər. Bu gün stadiona gələn azarkeşləri də gördünüz. Onlara da “çox sağ ol” deyirəm. Ümid edirəm ki, hər oyuna bu qədər tərəfdar gələcək”.

Son xəbərlər

Orphus sistemi