"Sabah"ın hücumçusu "Qarabağ"ın qolkiperini vurduğu üçün meydandan qovulub

"Sabah"ın hücumçusu "Qarabağ"ın qolkiperini vurduğu üçün meydandan qovulub "Sabah" klubu evdə "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının VII tur oyununda azlıqda qalıb.
Futbol
17 Oktyabr , 2021 19:16
Sabahın hücumçusu Qarabağın qolkiperini vurduğu üçün meydandan qovulub

"Sabah" klubu evdə "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının VII tur oyununda azlıqda qalıb.

"Report"un məlumatına görə, 27-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Xulio Sezar Rodriges qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Paraqvaylı hücumçu ayağı ilə Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə zərbə endirdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi