"Sabah"ın futbolçusu: "Yeni legionerlər hələ komandaya uyğunlaşmayıblar"

"Sabah"ın futbolçusu: "Yeni legionerlər hələ komandaya uyğunlaşmayıblar" Oyuna yaxşı başladıq, erkən qol da vurduq. Fasilədən sonra arxaya çəkildik. Bunun da nəticəsində qol buraxdıq. Amma bütövlükdə götürsək, normal çıxış etdik.
Futbol
1 Sentyabr , 2019 10:00
Sabahın futbolçusu: Yeni legionerlər hələ komandaya uyğunlaşmayıblar

"Oyuna yaxşı başladıq, erkən qol da vurduq. Fasilədən sonra arxaya çəkildik. Bunun da nəticəsində qol buraxdıq. Amma bütövlükdə götürsək, normal çıxış etdik".

"Report"un məlumatına görə, bunu "Sabah" komandasının futbolçusu Məqsəd İsayev səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

İyirmi beş yaşlı müdafiəçi bildirib ki, son dəqiqələrdə qol buraxmaları gözlənilən idi: "Çünki arxada çox oynadıq. Bunun da səbəbi rəqibin böyük təzyiqi idi. Həm də "Zirə"nin etdiyi iki əvəzləmənin böyük təsiri oldu".

İsayev qeyri-sabit çıxış etmələrinə də aydınlıq gətirib: "Nəyə görə isə daim ikinci hissədə arxaya çəkilirik. Bunu da düzəltməyə çalışacağıq. Digər tərəfdən, yeni legionerlər hələ komandaya uyğunlaşmayıblar. Gələcəkdə yaxşı olacağını düşünürəm".

Qeyd edək ki, Məqsəd İsayev "Zirə" ilə matçda sonadək meydanda olub.

Son xəbərlər

Orphus sistemi