"Sabah"ın futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
Futbol
- 11 noyabr, 2024
- 07:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın futbolçusu Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.
O, “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.
Premyer Liqada 2015/2016 mövsümündə debüt edən Mütəllimov 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.
Qeyd edək ki, T.Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.
Son xəbərlər
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region
18:21
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
Region
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region
17:16
Yeddi OPEC+ ölkəsi dekabrda neft hasilatına dair kvotaları saxlayıb
Digər ölkələr
17:04
Fransada iğtişaşlar zamanı 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr