"Sabah"ın futbolçuları Azərbaycan Premyer Liqasında yubiley oyunlarına çıxıblar

"Sabah"ın futbolçuları Azərbaycan Premyer Liqasında yubiley oyunlarına çıxıblar bu, XX turda "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matçda gerçəkləşib
Futbol
2 Fevral , 2023 13:53
Sabahın futbolçuları Azərbaycan Premyer Liqasında yubiley oyunlarına çıxıblar

"Sabah" klubunun futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Azərbaycan Premyer Liqasında yubiley oyununa çıxıblar.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matçda gerçəkləşib.

Onlar müvafiq olaraq 150 və 100-cü çempionat görüşünü keçiriblər. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb.

İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur Mütəllimov “Zirə”də 63 qarşılaşmada 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.

Debütü 2018/19 mövsümündə reallaşan Amin Seydiyev “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 qarşılaşmada 2 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi