"Sabah"ın baş məşqçisi: "Yeni transferlər etmək çətin görünür"

"Sabah"ın baş məşqçisi: "Yeni transferlər etmək çətin görünür" "Uşaqları təbrik edirəm. Bu gün əllərindən gələni etdilər. Oyun bizim nəzarətimizdə idi. Xüsusilə də ilk hissədə kifayət qədər qol imkanları yaratsaq da, bunlardan lazımınca istifadə edə bilmədik. Rəqib isə adi epizodda qol imkanı yaratdı və hesabı bərabə
Futbol
233
24 Dekabr , 2020 18:38
Sabahın baş məşqçisi: Yeni transferlər etmək çətin görünür
Visente Qomez

"Uşaqları təbrik edirəm. Bu gün əllərindən gələni etdilər. Oyun bizim nəzarətimizdə idi. Xüsusilə də ilk hissədə kifayət qədər qol imkanları yaratsaq da, bunlardan lazımınca istifadə edə bilmədik. Rəqib isə adi epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Oyunda bir balaca gərginlik, həyəcan yaşansa da, hesabda önə keçməyi bacardıq".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah" klubunun baş məşqçisi Visente Qomes Premyer Liqanın XIII turunda səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini bildirib: "Mövsüm ərzində yaxşı və pis oyunlar oynamışıq. Çatışmazlıq həm müdafiə, həm də hücum zamanı olur. Müdafiədə xırda və çox sadə səhvlər edirik. Bunlar üzərində çalışmışıq. Hücumda da imkanlarımızı dəyərləndirə bilmirik. Hər qış fasiləsində olduğu kimi geridə qalan dövrü təhlil edəcək, sonra qərarlar verəcəyik".

İspaniyalı baş məşqçi Bəxtiyar Həsənalızadənin transferinə münasibət bildirib: "Bəxtiyar bir müddət bizdə məşqlərdə idi. Baxdıq və onunla bağlı müsbət fikirlərim var. Qışdan sonra müdafiədə bizə kömək edəcək".

Qomes transfer büdcəsi barədə danışmaq istəmədiyini deyib: "Hər şeyi təhlil etdikdən sonra qərar verəcəyik. Açığı, hazırkı situasiyanı nəzərə alsaq, transferlər çətin görünür".

Mütəxəssis komandasının turnir cədvəlindəki mövqeyindən narazı olduğunu vurğulayıb: "İspaniyada işim barədə sual versələr, məhz bunu deyəcəyəm. Qayıdandan sonra çalışacağıq ki, problemləri aradan qaldırıb, inkişaf edək. Çox gəzməyi sevən insan deyiləm. Sadəcə, Bakıda olmuşam və burada insanlar çox mehribandır. Burada olmaqdan məmnunam. Koronavirusa görə bütün ölkəni dəyərləndirə bilmərəm. Hər yer bağlıdır. İspaniyada da eyni vəziyyətdir. Sadəcə getdiyim yerdə qalacağam. Gözlədiyimdən daha səviyyəli çempionatla qarşılaşdım. 1-2 komandanı çıxmaqla, digərlərinin səviyyəsi eynidir. Klubların fərqli oyun tərzləri var, bəziləri müdafiəyə, bəziləri hücuma çox diqqət edir. Açığı, mən İspaniyada, Ukraynada da işləmişəm və Azərbaycan çempionatının oranın səviyyəsinə çatmağına hələ var. Hazırda biz qara zolaqdayıq, ancaq Avropa Liqasına vəsiqə verən yerdən cəmi 3 xal geridəyik. Bu da bizə motivasiya verir. Qışda gücümüzü bərpa edib, daha yaxşı olacağıq".

"Sumqayıt"ın məşqçisi Elnur Çodarov isə qarşılaşma ilə bağlı bunları deyib: "Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, ilin son oyununda qələbə qazanaq. Amma hava şəraiti matçın gedişinə təsir etdi. Bundan başqa, zədəlilər və virusla bağlı məsələlərə görə oyunumuz istədiyimiz kimi alınmadı. Uşaqlar sona qədər mübarizə apardılar. Cəmaləddin Xocaniyazov, Murad Xaçayev kimi futbolçuların, həmçinin Ayxan Abbasovun texniki zonada olmaması təsirini göstərdi".

Son xəbərlər

Orphus sistemi