"Sabah"ın baş məşqçisi: "Ölkədəki vəziyyətə uyğun addım atıldı"
Futbol
- 18 iyun, 2020
- 11:20
Jelko Sopiç
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın baş məşqçisi Jelko Sopiç AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasının dayandırılması ilə bağlı qərarına münasibət bildirib.
Xorvatiyalı mütəxəssis "Report"a açıqlamasında qərarın onlar üçün sevindirici olmadığını söyləyib.
O bildirib ki, çempionatı davam etdirmək daha yaxşı olardı: "Nə deyə bilərəm? AFFA-nın qərarıdır. Ölkədəki vəziyyətə uyğun addım atıldı. Əlbəttə, buna görə sevinmirik. Amma qərarla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsüm bir qədər tez başlayacaq".
Qeyd edək ki, AFFA İK bu gün Azərbaycan Premyer Liqası və kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərar qəbul edib. "Sabah" Premyer Liqanı 21 xalla 6-cı pillədə başa vurub.
Son xəbərlər
00:47
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Region
00:40
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Region
00:26
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Region
00:00
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Daxili siyasət
23:56
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
Digər ölkələr
23:26
Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Region
23:20
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 mlrd dollar itirib
Digər ölkələr
23:13
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Xarici siyasət
23:11
Foto
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər - Yenilənib - 2
Xarici siyasət