"Sabah"ın baş məşqçisi: "Komandaya vaxt lazımdır"

"Sabah"ın baş məşqçisi: "Komandaya vaxt lazımdır" "Bunun üzərində daha çox çalışmalıyıq"
Futbol
10 Aprel , 2021 20:31
Sabahın baş məşqçisi: Komandaya vaxt lazımdır
Ramin Quliyev

"Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız yarandı. Baxmayaraq ki, heç-heçə oldu. Meydandakılar futbola aid hər şeyi göstərdi".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın XXII turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandaya vaxt lazım olduğunu bildirib: "Vaxt lazımdır ki, hər şeyi tam otuzduraq. Bunun üzərində daha çox çalışmalıyıq ki, problemi aradan qaldıraq".

Son xəbərlər

Orphus sistemi