“Sabah” heyətini yeni hücumçuyla gücləndirib

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib “Sabah” futbol klubu heyətini yeni hücumçuyla gücləndirib.
Futbol
17 Yanvar , 2020 02:15
“Sabah” heyətini yeni hücumçuyla gücləndirib

“Sabah” futbol klubu heyətini yeni hücumçuyla gücləndirib. 

"Report" xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç mövsümün sonuna kimi komandanın heyətində olacaq. 

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. 

Marko komandanın Premyer Liqada ilk qolunun müəllifidir. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Qeyd edək ki, Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi