"Sabah"dan ayrılan qapıçının yeni klubu bəlli olub

"Sabah"dan ayrılan qapıçının yeni klubu bəlli olub "Sabah" klubundan ayrılan serbiyalı qapıçı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirməyə çox yaxındır.
Futbol
22 Dekabr , 2021 10:06
Sabahdan ayrılan qapıçının yeni klubu bəlli olub
Saşa Stamenkoviç

"Sabah" klubundan ayrılan serbiyalı qapıçı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirməyə çox yaxındır.

"Report" "Vesti" nəşrinə istinadən xəbər verir ki, "Aktobe" 36 yaşlı qolkiperlə danışıqları yekunlaşdırmaq üzrədir.

5 qat ölkə çempionunun tezliklə Stamenkoviçin keçidini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Saşa Stamenkoviç "Sabah" klubundan əvvəl 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"in formasını geyinib. 2018-ci ildə Bakı klubuna keçən qapıçının müqaviləsi dekabrın 16-da öz istəyi ilə ləğv edilib.

Son xəbərlər

Orphus sistemi