Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” futbolçusu Ulisse Diallo ilə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, malili hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Diallo 2019-cu ildən Masazır təmsilçisində çıxış edirdi.
"Sabah" klubu daha bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi malili hücumçu Ulise Diallo ilə vidalaşmaq niyyətindədir.
29 yaşlı hücumçu ilə razılıq əldə olunsa, sözləşməsi ləğv ediləcək.
Qeyd edək ki, Ulise Diallo 2019-cu ilin avqustundan "Sabah"da oynayır. Onun klubla müqaviləsi yayda başa çatmalıdır. "Sabah" daha əvvəl Yevgeni Koçuk və Abbas Ağazadə ilə müqaviləni ləğv edib, Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.