"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək

"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” komandası 8-22 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.
Futbol
18 Dekabr , 2019 15:04
Sabah Antalyada 4 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” komandası 8-22 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.

Bu barədə “Report”a klubun Mətbuat xidmətindən məlumat verilib.

Paytaxt təmsilçisi Belekdəki “Titanic Hotel”də məskunlaşacaq. Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv hazırlıq dönəmində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. 

Matçların tarixləri və rəqiblər hələ dəqiqləşməyib.

Qeyd edək ki, Premyer Liqada çıxış edən digər 7 komanda da yanvarda Antalyada toplanışda olacaq.

Son xəbərlər

Orphus sistemi