Rüstəm Orucov: "Bayraqdarlarla bağlı tilsimi qıracağam"

Rüstəm Orucov: "Bayraqdarlarla bağlı tilsimi qıracağam" Cüdoçu Rüstəm Orucov Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı olmasına münasibət bildirib.
Futbol
25 İyun , 2021 16:30
Rüstəm Orucov: Bayraqdarlarla bağlı tilsimi qıracağam
Rüstəm Orucov

"Çox sevinirəm. Bu, mənim üçün sürpriz oldu. İkinci dəfədir ki, bayraqdar seçilirəm. Çox sağ olsunlar ki, məni seçib- layiq görüblər".

Bu fikirləri "Report"a açıqlamasında cüdoçu Rüstəm Orucov Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı olmasına münasibət bildirərkən deyib.

73 kq çəki dərəcəsində çıxış edən idmançı bu şərəfə nail olduğuna və ölkəni təmsil etdiyinə görə fəxr hissi keçirdiyini söyləyib: "Olimpiya Oyunları kimi yarışda bu bayrağı aparmaq mənim üçün böyük şərəfdir. Olimpiadada bayraqdar olmaq mənim arzularımdan biri idi. Amma Tokioya təkcə bayraqdar olmağa yox, həm də himnimizi səsləndirməyə və bayrağımızı qaldırmağa gedirəm. Yarışda öz sözümü deməyə çalışacağam".

Orucov 2000-ci il Sidney Yay Olimpiya Oyunlarından sonrakı olimpiadalarda Azərbaycan bayraqdarlarının uğursuz çıxış etmələrinə də toxunub: "Mən Yay Olimpiya Oyunlarına hazıram. Qismət olsa bu tilsimi qıracağam".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək. Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. Bayraqdar 2017 (Budapeşt) və 2019-cu (Tokio) illərdə dünya çempionatının gümüş medalına layiq görülüb. Cüdoçu həmçinin 2016-cı ildə Kazan şəhərində baş tutan Avropa çempionatının qalibi olub. Orucov bayraqdar olduğu Minsk-2019 II Avropa Oyunlarında da gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi