Rusiyanın tanınmış futbolçusu karyerasını başa vurdu

Rusiyanın tanınmış futbolçusu karyerasını başa vurdu Rusiyanın Krılya Sovetov klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub.
Futbol
28 May , 2020 13:51
Rusiyanın tanınmış futbolçusu karyerasını başa vurdu

Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub. 

"Report" Samara təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşındakı müdafiəçinin müqaviləsi yenilənməyib və o, futbolla vidalaşıb. Anyukov məşqçiliyə başlamaq niyyətindədir. 

Qeyd edək ki, Aleksandr Anyukov 2005-ci ildən 2019-cu ilə qədər "Zenit"in formasını geyinib. O, Sankt-Peterburq təmsilçisi ilə 5 dəfə Rusiya çempionu olub. Müdafiəçi UEFA Kuboku və UEFA Super Kubokunun da qalibidir. 2004-2013-cü illərdə Rusiya yığmasında çıxış edən futbolçu 2008-ci ildə Avropa çempionatında bürünc medala yiyələnib. 

Son xəbərlər

Orphus sistemi