Rusiyanın "Lokomotiv" (Moskva) futbol komandasına yeni baş məşqçi təyin olunub.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, almaniyalı Markus Gisdol ilə anlaşma əldə olunub.
52 yaşlı mütəxəssis yeni işinin icrasına tezliklə başlayacaq. O, oktyabrın 5-də istefaya göndərilmiş serbiyalı Marko Nikoliçi əvəzləyib.
Qeyd edək ki, Markus Gisdol daha əvvəl yalnız Almaniya komandalarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri "Köln" olub.