Rusiyanın atdığı raket nəticəsində Ukraynada uşaq futbol klubunun qurucusu ölüb

Rusiyanın atdığı raket nəticəsində Ukraynada uşaq futbol klubunun qurucusu ölüb Klub rəhbərliyi onun vəfatı ilə əlaqədar nekroloq yayıb
Futbol
2 İyul , 2022 15:52
Rusiyanın atdığı raket nəticəsində Ukraynada uşaq futbol klubunun qurucusu ölüb

Ukraynanın Odessa vilayətinin Sergeyevka kurortunu Rusiya hərbçilərinin raket atəşinə tutması nəticəsində yerli “Arletik” uşaq-yeniyetmə futbol klubunun qurucusu və prezidenti Aleksandr Şişkov ölüb.

“Report” xəbər verir ki, klub rəhbərliyi onun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Bildirilib ki, Aleksandr Şişkov əvvəllər çimərlik futbolu üzrə Ukrayna millisində oynayıb.

Son xəbərlər

Orphus sistemi